Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

600-dən çox bələdiyyə sədri məsuliyyətə cəlb olub


Bu il 600-dən çox bələdiyyə sədri haqqında inzibati məsuliyyət tədbiri həyata keçirilib. YAP-nın rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirirb ki, bütün bunların həyata keçirilməsində məqsəd bələdiyyələrin işinin yüksək səviyyədə təmin olunmasına və yerli özünüidarəetmə orqanlarının vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərməsinə şərait yaratmaqdır.

Onun sözlərinə görə aparılan araşdırmalar nəticəsində, 2009-cu il ərzində 26 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu aşkar edilib.
XS
SM
MD
LG