Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

«Günləri sayıram ki, deputatlıq müddəti tez bitsin»


Xalq yazıçısı Əkrəm Əylisli
Xalq yazıçısı Əkrəm Əylisli
«Bizim Yol»: Xalq yazıçısı Əkrəm Əylisli növbəti parlament seçkilərində namizədliyini verməyəcəyini bildirir: «Çünki görürəm ki, mənim deputat olmağım bəzi jurnalistlər üçün ciddi problemə çevrilib. Problemləri başlarından aşan jurnalistləri belə bir izafi problem qarşısında qoymaq, əslində heç insafdan da deyil».

«Yeni Müsavat»: «Azərbaycan üçün yeni risklər, eyni zamanda yeni imkanlar yaranıb».

Müsavat başqanı İsa Qəmbər «Cənubi Qafqaz bölgəsində geopolitik durum: yeni risklər, yeni imkanlar» mövzusunda dəyirmi masada çıxışında belə deyib.

«Azadlıq»: «Bloqqerlərin həbsi şərin təzahürüdür»

Yazıçı Rafiq Tağı: «Hökumətin qucağında oturuan yazar həqiqətdən vaz keçməli olur».

«Yeni Azərbaycan»: Azərbaycan ÜDM və sənaye məhsulları istehsalı üzrə MDB məkanında liderdir.

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, sənaye məhsulları istehsalında artım əldə edib.

«Bakı Xəbər»: Paytaxtda qorxunc geyimli uşaq və yeniyetmələrin sayı artır

Uşaq və yeniyetmələr neqativliyə daha çox meyl göstərir, daxili boşluğu doldurmaq üçün hər şeyin «dadına baxmaq» istəyirlər. Axır vaxtlar tez-tez uşaq və yeniyetmələrin aqressivliyindən danışır, onların özünə qapıldığını deyirik. Şübhəsiz ki, bu da səbəbsiz deyil

«525-ci qəzet»: «15 yaşında qızın intihar faktına aydınlıq gətirilməlidir»

«Hüquq-mühafizə orqanlarından Quba rayonunda 15 yaşında qızın intihar etməsi faktına aydınlıq gətirmələrini tələb edirəm». Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə deyib.

«Ədalət»: Əli Əhmədovun mesajı

Bələdiyyə seçkilərinin vaxtı yaxınlaşdıqca hakim partiya daxilində narazılıqların yaranması barədə məlumatlar müxalifət mətbuatında daha çox özünə yer alır.

«Şərq»: Əhməd Davudoğlu Afinada çıxış edib

«Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamlanmaların əsasını təşkil edir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG