Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Yunanıstan Qarabağ münaqişəsinə dair bəyanat yayıb


ATƏT-ə sədrlik edən Yunanıstanın adından Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayılıb

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların pozitiv dinamikası alqışlanır və tərəflər hamı tərəfindən qəbul olunan sülh müqaviləsinin ilkin variantını hazırlamağa səslənir. Bəyanatda tərəflər danışıqların pozitiv dinamikasını davam etdirməyə çağırılır.

ATƏT-ə sədrlik edən Yunanıstanın adından qəbul olunan sənəddə həmçinin qalan məsələlərin həlli istiqamətində, əsasən də Helsinki Yekun Aktında öz əksini tapmış güc tətbiqindən imtina, ölkələrin ərazi bütövlüyü, xalqların bərabər hüquqluluğu və öz taleyini müəyyənləşdirmək prinsipləri əsasında tərəflərin razılığa gəlməsi üçün intensiv fəaliyyətə hazır olduqlarını bəyan ediblər. /APA/
XS
SM
MD
LG