Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:18

NATO nazirlərinin görüşü başlayır


Dekabrın 3-də Brüsseldə NATO Xarici İşlər nazirlərinin iki günlük görüşü başlayır. Görüşdə NATO qoşunlarının Əfqanıstandakı əməliyyatlarda iştirakı, Rusiya, Ukrayna və Gürcüstanla münasibətlər müzakirə olunacaq.

NATO Baş katibi Anders Foq Rasmussen bildirib ki, alyans Əfqanıstana əlavə azı 5 min hərbçi göndərməyi düşünür.

Görüşün Ukrayna-NATO, Gürcüstan-NATO komissiyalarının iclası ilə başlayacağı gözlənilir. Sabah isə Əfqanıstanla bağlı məsələ və Rusiya-NATO şurasının iclası keçiriləcək.
XS
SM
MD
LG