Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

ABŞ hələlik Əfqanıstandan çıxmır


ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından danışmaq tezdir. Amerikanın Müdafiə naziri Robert Qeyts Senatda çıxışı zamanı belə deyib.

Bundan əvvəl prezident Barak Obama Əfqanıstanla bağlı ölkəsinin yeni strategiyasını açıqlayıb və 2011-ci ilin yayından qoşunların çıxarılmasına başlana biləcəyini istisna etməyib.

Bununla belə Robert Qeyts bildirib ki, ölkə liderləri 2010-cu ilin dekabrında Əfqanıstandakı vəziyyəti qiymətləndirəcəklər. Və bundan sonra təhlükəsizlik məsuliyyətinin əfqan qüvvələrinə təhvil verilməsinə qərar veriləcək.

ABŞ-ın yeni strategiyasına görə yaxın vaxtlarda Əfqanıstana əlavə 30 min hərbçi göndəriləcək.
Ümumilikdə Amerika kontingentinin sayı təxminən 100 min nəfər olacaq.

Dünyanın aparıcı liderləri ABŞ-ın Əfqanıstana əlavə qoşun göndərmək qərarını alqışlayıblar.
XS
SM
MD
LG