Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 16:18

Peterburq rəhbərliyi ölənlərin ailələrinə maddi yardım edir


Rusiyada dəmiryol qəzasında ölənlərin ailələri Peterbur hakimiyyətindən maddi yardım alacaqlar.

Şəhər rəhbərliyi ölənlərin ailələrinə 300, xəsarət alanların hər birinə isə 50-100 min arası rubl ayıracaq.

Noyabrın 27-də “ Nevski Ekspress ” qatarının qəzaya uğraması nəticəsində 26 adam ölüb,90-dan çox adam isə yaralanıb.

Əsas versiya teror aktıdır.

Çeçen yaraqlılarının lideri Doku Umarov internet saytlarından birində qatarın partladılmasına görə cavabdehliyi üzərinə götürüb.
XS
SM
MD
LG