Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 22:59

Bakıda polis əməkdaşı qətl törədib


Bakıda polis əməkdaşı qətl törədib. Bu barədə Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə rayonun D. Əliyeva küçəsində baş verib. Polis əməkdaşı, Zaur Səfail oğlu Əliyev münaqişə zəminində polis çavuşu, Tural Kamil oğlu Qafarovu bıçaqlayıb. T. Qafarov aldığı çoxsaylı bıçaq xəsarətlərindən yerindəcə keçinib. Qətli törədən Z. Əliyev isə artıq polis tərəfindən saxlanılıb.

Hadisəni törədən və qətlə yetirilən polis əməkdaşlarının hansı idarənin əməkdaşları olduğu açıqlanmır.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /APA/
XS
SM
MD
LG