Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:06

Terror əmri Doku Umarovdan gəlib


Rusiyanin sürət qatarının partladılmasına görə məsuliyyəti Şimali Qafqazdan olan islamçı yaraqlılar öz üzərlərinə götürüb. Bu barədə Çeçen yaraqlılarının internet səhifəsində məlumat yerləşdirilib.

KavkazCenter.com-da yerləşdirilən bəyanatda deyilir ki, mücahidlər partlayışı Doku Umarovun əmri ilə həyata keçiriblər. Umarov regiondakı bir sıra islamçı qruplaşmaların birləşdiyi «Qafqaz Əmirliyi»nin lideridir.

Yaraqlıların bəyanatında bildirilir ki, bu Rusiyanın strateji cəhətdən mühüm şəhərlərində planlaşdırılan təxribatlardan biridir.

Noyabrın 28-də Rusiyaya məxsus sürət qatarının partladılması nəticəsində 26 nəfər ölüb,
təxminən 100 nəfər yaralanıb.

Prokurorluq terror maddəsi ilə cinayət işinə başlayıb.
XS
SM
MD
LG