Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:28

«Nabucco» üçün Azərbaycanın qazı yoxdur»


«Nabucco» kəməri üçün Azərbaycanın lazımi qədər təbii qazı yoxdur». İtalyanın «Eni Spa» enerji şirkətinin icraçı direktoru Paolo Skaroni dekabrın 1-də Romada keçirilən konfransda belə deyib.

«Nabucco» kəməri ilə bağlı iki problemin olduğu qeyd olunur - birinci, kəmər üçün Azərbaycanın lazımi qədər qazı yoxdur, ikinci, «Nabukko»nu dəstəkləyənlərin kəmərə çıxışı ilə bağlı məhdudiyyətlər var.

Paolo Skaroni deyib ki, kəmər üçün alternativ qaz ehtiyatı axtarılmalıdır, xüsusilə də Türkmənistan daxil olmaqla, Xəzəryanı dövlətlər arasında.

İtaliyalı rəsmi gələcəkdə İran qazından da istifadənin mümkün olduğunu qeyd edib.

İtaliyanın «Eni» və Rusiyanın «Qazprom» şirkəti «Nabukko»nun rəqibi hesab olunan Cənub Axın layihəsinə rəhbərlik edir.

«Nabukko» layihəsi Avropanın Rusiya qazından asılılığını azaltmağa yönəlib. Gözlənilir ki, layihə reallaşsa Xəzər qazı 2014-cü ildən etibarən Avropaya daşınacaq.
XS
SM
MD
LG