Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:10

Bələdiyyə seçkiləri: nələri bilmək vacibdir?


Dekabrın 23-də Azərbaycanda yerli özünüidarə etmə orqanlarına – bələdiyyələrə seçkilər keçiriləcək. Bu seçkilər barədə nələri bilmək vacibdir?

Bu, neçənci bələdiyyə seçkisidir?

Dekabrın 23-də baş tutacaq seçkilər sayca üçüncüdür. Birinci seçki 1999-cu ildə, ikincisi 2004-cü ildə keçirilib.

Seçici siyahısında nə qədər adamın adı var?

Rəsmi məlumatı görə seçici siyahılarında 4 milyon 590 min nəfərin adı var. Lakin səsvermə gününə qədər bu rəqəmin dəyişməsi də mümkündür.

Azərbaycanda nə qədər bələdiyyə var və nə qədər üzv seçilməlidir?

Ölkə üzrə 1718 bələdiyyə yerinə 15682 üzv seçilməlidir.

Seçkilərdə nə qədər namizəd iştirak edəcək?

31 min 853 namizəd qeydə alınıb.

Təbliğat-təşviqat kampaniyası necə təşkil olunur?

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən başlayıb. Kampaniya 28 gün davam edəcək və Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsverməyə 24 saat qalmış - dekabrın 22-də saat 08.00-da dayandırılacaq.

Seçkilərdə rəqabət imkanı necədir?

Təxminən bir yer uğrunda azı 2 nəfər mübarizə aparacaq.

Seçkilərdə partiyalar hansı nisbətdə iştirak edir?

Seçkiyə 18 partiya öz namizədləriylə qoşulub. Bu partiyalardan, hakim Yeni Azərbaycan Partiyası 15 388, Böyük Quruluş Partiyası 385, Ümid Partiyası 375, Müsavat 125, Sosial-Demokrat Partiyası və Vətəndaş və İnkişaf Partiyası hərəsi 1 namizədlə seçkiyə gedir.

Partiya üzvü öz təşəbbüsü ilə də seçkiyə qatıla bilərmi?

Partiya üzvlərinin öz təşəbbüsləri ilə seçkiyə qoşulması mümkündür. Eyni zamanda 11 331 nəfər bitərəf də seçkiyə qatılıb.

Bütün məntəqələrdə veb-kameralar var?

Ölkə üzrə 500-ə yaxın məntəqə seçki komissiyasında veb-kameralar quraşdırılacaq.

Səs vermək üçün seçici məntəqəyə hansı sənədləri aparmalıdır?

Seçici siyahısında adını dəqiqləşdirdikdən sonra bülleten almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
XS
SM
MD
LG