Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:24

BMT minarələrə qadağanı pisləyib


İsveçrədə minarələrə qoyulan qadağa birbaşa ayrıseçkilik – diskriminasiyadır. BMT-nin İnsan haqları rəsmisi Neyvi Pilley belə deyib. O, həmçinin bu refenduma hazırlıq kampaniyasında xaricilərə qarşı yönələn həyəcanverici çağırışlar və nəıticələrdən də narahatlığını ifadə edib.

İsveçrədə Bazar günü keçirilən referendumda iştirak edənlərin 57 faizi minarələrin qadağan edilməsinə səs vermişdilər.

Avropa Şurası, Vatikan və başqa qurumlar bu qadağanı pisləyiblər, islam dövlətləri isə qadğaya qarşı sərt çıxış edib, İsveçrəni dözümsüzlüyün təbliğində ittiham ediblər.
XS
SM
MD
LG