Barak Obamayla Həmid Kərzai telefon söhbətində Amerikanın Əfqanıstandakı yeni strategiyasının detallarını müzakirə edib.
Söhbət Obamanın ABŞ-ın Əfqanıstana daha 30 min Amerika hərbçisi göndərmək planını elan edəcəyindən əvvəl olub.
Obama yeni planını bu gün Nyu-Yorkda Vest Poynt hərbi akademiyasında edəcəyi çıxışında açıqlayacaq. Bununla da ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayı 100 minə çatacaq.