Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:38

Azərbaycanda HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyatdadır


“Azərbaycanda HİV/AİDS problemi ən aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyekson narkotik istifadəçiləri arasında yayılıb”.

AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, 1987-ci ildən bu günə qədər Azərbaycanda HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2138 nəfəri Azərbaycan vətəndaşı, 86 nəfəri isə əcnəbidir. AİDS-dən ölənlərin sayı isə 274 nəfərdir.

1992-ci ildən 2009-cu ilin dekabrın 1-ə qədər Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. 18 ailədə ata-ana-uşaq, bir ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxub.

XS
SM
MD
LG