Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:55

Nazirlər həmsədrlərlə görüşüb


Nazirlərin görüşü. Paris, 26 iyun 2009
Nazirlərin görüşü. Paris, 26 iyun 2009
ATƏT Xarici İşlər Nazirləri Şurasının Afina toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və Robert Bradtke ilə görüşüb.

Həmsədrlər həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçiriblər. Hər iki görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Afinada həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə «İntercontinental» otelində işgüzar nahar olub.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ATƏT XİN Şurasının 17-ci sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatın qəbulu imkanlarını müzakirə ediblər. APA

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG