Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

Qarabağ məsələsi bu gün Afinada müzakirə edilir


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Məmmədyarov və Nalbandyan noyabrın 30-da Afinada görüşür. Müzakirə mövzusu Dağlıq Qarabağ probleminin həllidir. Bu barədə Rusiyanın “İnterfaks” agentliyi öz mənbələrinə istinadla xəbər verir. Dekabrın 1-2-də Afinada ATƏT xarici işlər nazirləri şurasının iclası keçirləcək. İki nazirin görüşü də orada iclasdan qabaq baş tutur.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna açıqlamasında məlumatı təsdiqləyib.

“Bu, həmsədrlərin iştirakı ilə keçirilən bir görüş olacaq. Prezidentlərin son görüşündə hər iki xarici işlər nazirinə tapşırıq verilmişdi ki, razılaşdırılmayan məsələlər ətrafında nazirlərin görüşü keçirilsin. Bir neçə məsələlər qalıb ki, axıracan müəyyənləşdiriləsidir”.
XS
SM
MD
LG