Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 08:26

"Əl-Cəzirə"nin Kanadada yayımına icazə verdilər


Kanadanın Radio-Televiziya və Telekommunikasiya Komissiyası “Əl-Cəzirə” kanalının ölkə ərazisində ingiliscə yayımlanmasına icazə verib.

Komissiya hesab edir ki, bu, ölkədə fikir plüralizminə xidmət edəcək.

“Bəzilərinin zorakılıq səhnələrinin yayınlanması ilə bağlı narahatlıqlarına baxmayaraq komissiya kanalın yayımına icazə verməməyə əsas görmür”.

Qatarda yerləşən "Əl-Cəzirə" kanalını radikal islamçı qruplarla, o cümlədən Taliban terrorçuları ilə əlaqədə ittiham edənlər də var.

Kanal bu ittihamı rədd edir.
XS
SM
MD
LG