Britaniyanın Müsəlman Şurası İsveçrədə minarələrə qadağa qoyulmasını pisləyib və bunu “faciəvi və məyusluq doğuran” hal adlandırıb.
Şura hesab edir ki, bu hadisə “ultra sağ qüvvələrin Avropanın gələcəyi uğrunda ideyalar mübarizəsini udduqlarını” göstərir.
Təşkilat bildirir ki, məscidlər və minarələr Avropada dini azadlığı və azlıqlara tolerant münasibəti göstərən nişanələrdir, amma ultra sağ mərkəzçi qüvvələr bunu ksenofob baxışlarla əvəzləməyə çalışırlar.
Britaniyanın Müsəlman Şurası 1,7 milyon müsəlmanı təmsil edir.
Ötən bazar günü İsveçrədə keçirilən referendumda çoxluq minarələrə qadağalara dəstək verib. Referendumun təşəbbüskarı ultra sağ qruplaşma idi.