Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

«İnsanları öz torpağında müstəmləkə altında saxlamaq dövrü artıq keçib»


Ermənistan prezidenti Serj Sarkisyanın lideri olduğu Respublikaçılar Partiyasının 12-ci qurultayında çıxışı, Yerevan. 28 noyabr 2009
Ermənistan prezidenti Serj Sarkisyanın lideri olduğu Respublikaçılar Partiyasının 12-ci qurultayında çıxışı, Yerevan. 28 noyabr 2009
«İnsanların öz torpaqlarında müstəmləkə altında saxlamaq dövrü artıq arxada qalıb. Biz bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağın əhalisinin kollektiv istəyi əsasında həll olunacaq. Yalnız bu halda münaqişənin həlli davamlı və real olar, sülh yolu ilə baş tutar».

Bunu Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 28-də rəhbərlik etdiyi Respublikaçılar Partiyasının 12-ci qurultayında deyib:

«Bununla belə, bugünkü situasiya ümid yaradır ki, biz məntiqli zaman çərçivəsində münaqişənin məntiqli həllinə nail ola biləcəyik».

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bu il 6 dəfə görüş keçiriblər. Danışıqların detalları barədə açıqlama verilmir.

Bu vaxta kimi Azərbaycan tərəfi münaqişənin mərhələli formada, Ermənistan isə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Minsk qrupunun bu vaxta kimi verdiyi üç təkliflər paketinin heç biri tərəfləri tam razı salmayıb.
XS
SM
MD
LG