Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Hollandiyada da minarəyə qadağa təklifi


Hollandiyada da məscid minarələrinə qadağa qoyula bilər. Hollandiyanın sağçı təmayüllü “Holland Azadlıq Partiyası” (PVV) bildirib ki, hökumətə belə bir qadağanın qoyulması ilə bağlı müraciət edəcəklər, referendumun keçirilməsini istəyəcəklər.

PVV islama və miqrantlara qarşı tənqidi mövqeyi ilə məşhurdur. Bu partiya Parlamentdə 150 yerdən 9-a sahibdir.

Bazar günü İsveçrədə keçirilən referendumla məscid minarələrinin tikintisinə qadağa qoyulub. Belə bir referendumun keçirilməsini İsveçrənin sağ-təmayüllü Xalq Partiyası istəmişdi, partiya iddia edir ki, minarələr islamın artan qüvvəsinin rəmzidir.

XS
SM
MD
LG