Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:28

Səddam Hüseyn AzadlıqRadiosuna hücum planlaşdırırmış


Saddam Hüseyn məhkəmə qarşısında. Bağdad, 5 noyabr 2006
Saddam Hüseyn məhkəmə qarşısında. Bağdad, 5 noyabr 2006
Keçmiş İraq lideri Səddam Hüseyn 2000-ci ildə Azadlıq və Azad Avropa Radioları Korporasiyasının Praqadakı baş ofisinə hücum barədə göstəriş verib. Məqsəd AzadlıqRadiosunun İraqda yayımının qarşısını almaq imiş.

Bu haqda Çexiyanın kəşfiyyat orqanlarının sözçüsü Jan Subert bazar günü ölkəsinin Nova TV televiziyasına müsahibəsində deyib:

«Səddam Hüseyn bu haqda İraqın kəşfiyyat agentlərinə göstəriş veribmiş. Plana görə, onlar reaktiv qumbaralardan, «Kalaşnikov» avtomatlarından, avtomatik tapançalardan istifadə etməli imişlər. Bu planı həyata keçirmək üçün iri məbləğdə maliyyə vəsaiti nəzərdə tutulubmuş».

Subertin sözlərinə görə, hücum üçün silahlar Çexiyaya İraqa məxsus diplomatik avtomobillərdə gətirilirmiş:

«Hücumun nə zaman baş tutacağı hələ məlum deyilmiş, Çexiyanın kəşfiyyat orqanları planın üstünü açıblar və 2003-cü ildə iraqlılar silahları Çexiya hökumətinə təhvil veriblər».

Plana görə, iraqlılar hücuma AzadlıqRadiosunun ofisinin yaxınlığında saxta bir firma üçün icarəyə götürdükləri mənzildən başlamalı idilər.

2003-cü ildə polis müvəqqəti olaraq AzadlıqRadiosunun Praqa ofisinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmişdi. O vaxt ofis şəhərin tarixi mərkəzində, Kommunist Partiyası dövründəki parlamentin binasında yerləşirdi.

Hazırda isə AzadlıqRadiosunun baş ofisi şəhər kənarındakı yeni binaya köçüb.

AzadlıqRadiosunu ABŞ Konqresi maliyyələşdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG