Noyabrın 26-da Şamaxıda olan prezident İlham Əliyev bir sıra yeni obyektlərin açılışında iştirak edib.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışı olub. İkimərtəbəli, sahəsi 516 kvadratmetr olan binanın tikintisinə bu il mayın 10-da başlanıbmış.
Prezident Şamaxıda Heydər Əliyev mərkəzinin də açılış mərasiminə qatılıb. Heydər Əliyev parkının ərazisində yerləşən mərkəzin 2007-ci il mayın 10-da başlanılmış tikintisi 2008-ci ilin sentyabrında başa çatdırılıb.
Müalicə-Diaqnostika Mərkəzi də şamaxılıların istifadəsinə verilib.
Prezident Şamaxı Astrofizika Rəsədxanasında aparılmış yenidənqurma işləri ilə tanış olub.