Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:00

İran BMT ilə əməkdaşlığı azalda bilər


İran xəbərdarlıq edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı məhdudlaşdıra bilər.

İran parlamentinin sədri Əli Laricani deyib ki, əgər Qərbin İrana qarşı təzyiqləri davam eləsə, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dialoqun səviyyəsinə yenidən baxa bilər.

Agentliyin direktorlar şurası İranı uran zənginləşdirilməsilə bağlı bu yaxınlarda bəlli olmuş yeni zavodu bağlamağa çağırır.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Soltani dünən deyib ki, İran hərbi hücum da daxil olmaqla heç bir təhlükəyə məhəl qoymadan nüvə fəaliyyətini davam etdirəcək.
XS
SM
MD
LG