Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 19:39

Luçeskuya Ukrayna millisinin baş məşqçiliyi təklif edilir


Ukrayna Futbol Federasiyası rumın məşqçi Mirça Luçeskuya milli komandanın sükanını həvalə etmək istəyir.

Luçesku indi UEFA kuboklu “Şaxtyor” komandasının baş məşqçisidir.

Federasiyanın rəhbəri Surkis deyib ki, klubun sahibi, milyarder Rinat Axmetovla məsləhətləşəcək ki, Luçeckunun iki vəzifəni icra etməsinin mükünlüyünü aydınlaşdırsın.

Millinin indiki məşqçisi Mixayliçenkonun müqaviləsi ilin sonunda bitir.

Ukrayna dünya çempionatının final mərhələsinə düşə bilməyib.
XS
SM
MD
LG