Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Çində yenidən şaxtada qəza olub


Çinin cənubunda şaxtada baş verən qəzada azı 9 nəfərə ölüb, bir nəfər itkin düşüb.

Məlumata görə qəza zamanı yerin altında 172 şaxtaçı olub, onlardan 162-si yuxarı çıxa bilib.

Təxminən bir həftə əvvəl Çinin Heylunçzyan əyalətində də şaxtada qəza olmuş, 107 nəfər ölmüşdü.

Çinin kömürçıxarma sənayesi dünyada ən təhlükəli sahələrdən hesab olunur. Hər il bu sənayedə minlərlə adam ölür.
XS
SM
MD
LG