Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 14:58

Obama Əfqanıstanla bağlı yeni planını gələn həftə elan edəcək


Ağ Evdən verilən məlumata görə prezident Barak Obama gələn həftə xalqa müraciətində Əfqanıstanla bağlı yeni planını elan edəcək. Müraciət dekabrın 2-də New Yorkda hərbi akademiyadan səsələnəcək.

Obama Əfqanıstana əlavə hərbi qüvvələr göndərilməsi barədə hərbçilərin istəklərinə, bu ölkədəki hərbi əməliyyatlarla bağlı yeni strategiyasını elan etməlidir.

Bu strategiyanın - Əfqanıstandakı gələcək addımların müzakirəsi üçün Obama hərbi və təhlükəsizlik üzrə müşavirləri ilə 10-a yaxın birgə görüş keçirib.
XS
SM
MD
LG