Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:24

Çin karbonu azaltmağa razılaşdı


Çin qlobal iqlim dəyişiliyi ilə mübarizə tədbirləri kimi atmosferə atılan karbon qazını azaltmağa söz verib. Pekin qərarını bu gün elan olunan qərarda deyilir ki, 2020-ci ilə qədər buraxılan karbon qazının miqdarını azaltmaq üçün ciddi tədbirlər görəcək.

Təhlilçilər bunu BMT-nin gələn ay iqlim dəyişikliyinə dair Kopenhagendə keçiriləcək beynəlxalq konfransına yaxşı xəbər hesab edirlər. Çin bu gün həm də elan edib ki, ölkənin baş naziri də Danimarka paytaxtındakı həmin konfransda iştirak edəcək.
XS
SM
MD
LG