Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

Baş nazir müxalifət liderini söyübmü?


Devlət Bahçəli baş nazir Ərdoğanı məhkəməyə verə bilər
Devlət Bahçəli baş nazir Ərdoğanı məhkəməyə verə bilər
Baş nazir Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda Türkiyə Millət Məclisindəki «kürd açılımı» layihəsinin müzakirəsi vaxtı kürsüdə çıxış edən müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının sədri Devlət Bahçəlini dodaqlarının altından söydüyü iddia edilir.

Bu barədə MHP-nin Baş katibi Cihan Paçacı məlumat verib. Paçacının iddiasına görə, MHP lideri Devlət Bahçəli Məclis kürsüsündəki çıxışında «Tarixi kökləri etibarı ilə müstəmləkəçiliyə qarşı tutduğu mövqe və məzlum islam ölkələrindəki mübarizəsi ilə tanınan siyasi islamçılığın bugünkü qəlibinə sahib olanlar bu layihə ilə qlobal islamçılığın bir hissəsi halına gəlmiş və islami fundamentalizmə sürüklənmişdir» - sözlərini deyəndən sonra baş nazir Ərdoğanın dodaq altında mızıldandığı müəyyənləşdirilmişdir.

Daha sonra Məclis TV-nin kamerasındakı qeydlər dodaq oxuma mütəxəssislərinə göndərilmiş və baş nazirin müxalifət liderini dodaq altından söydüyü məlum olmuşdur. MHP Baş katibinin verdiyi məlumata görə, hüquqşünasların məsələ ilə bağlı mövqeyi qətlişəndən sonra Devlət Bahçəli baş nazir Ərdoğanı məhkəməyə verəcəkdir.

«Kürd açılımı» layihəsinin avqust ayında gündəliyə gəlməsindən bəri müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası ilə iqtidardakı Ədalet və Kalkınma Partiyası arasında sərt polemikalar yaşanır. Layihəni gündəliyə gətirən hökuməti və baş nazir Ərdoğanı «ölkəni bölməkdə və etnik savaş yaratmaqda» günahlandıran MHP lideri Bahçəli barədə Tayyip Ərdoğanın məhkəməyə verdiyi bir neçə şikayət ərizəsi vardır.

Mart ayındakı bələdiyyə seçkisi ərəfəsində baş nazir Ərdoğana «Küçə qoçusu kimi danışır» -deyən ana müxalifət partiyası CHP-nin lideri Dəniz Baykal məhkəmə tərəfindən Tayyip Ərdoğana 14 min ABŞ dolları pul ödəməklə cəzalandırılıb.

Siyasi şərhçilər, Türkiyənin əvvəlki liderləri olan Dəmirəl, Özal və Ecevitdən fərqli olaraq baş nazir Ərdoğanın siyasi rəqibləri və media ilə tez-tez məhkəmə hesablaşmasına girdiyinə diqqəti cəlb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG