İsrailin İordan çayının Qərb sahilində məskunlaşmanı 10 ay müddətinə məhdudlaşdırmasını ölkənin baş naziri Benyamin Netanyahu sülhə doğru atılmış böyük bir addım adlandırıb.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel də İsrail hökumətinin bu qərarını alqışlayıb. Lakin məskunlaşmanın dayandırılması qərarı Qərb sahilinin Qüds bələdiyyəsinə birləşdirilmiş hissəsinə aid olunmayacaq. Burada tikinti işləri davam edəcək.
Fələstin prezidenti Mahmud Abbasın sözçüsü deyib ki, sülh danışıqları yalnız məskunlaşma tam dayandırıldıqdan sonra bərpa oluna bilər.