Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:55

«100 müəllimdən 45-i avtoritar təlim-tərbiyə üsuluna üstünlük verir»


«Biz Bakıda 200-ə qədər ibtidai sinif müəllimi arasında bir sorğu keçirdik. Sorğunun nəticəsi çox acınacaqlı idi. 100 müəllimdən 45-i avtoritar təlim-tərbiyə üsuluna üstünlük verir, 40 faizi liberal («Günümü keçirim») və yalnız 15 faizi demokratik üsullara meyl göstərir. 17 ildə bu qədər proqramlar həyata keçirildiyi, dövlət vəsaiti xərcləndiyi halda cəmi 15 faiz müəllim hazırlanıb».

Bunu «İşdən sonra» verilişində Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.

Bakı Şəhər Təhsil İdarəsinin təmsilçisi Zəminə Əliqızı Məlahət Mürşüdlünün bəzi fikirləri ilə razılaşır. Ancaq:

«Biz də bilirik ki, müəllimlərimiz arasında avtoritar şəkildə dərs prosesini idarə edən insanlar var. Yəni, şagirdə subyekt kimi yox, obyekt kimi yanaşan müəllimlərimiz var. Bunun hamısını inqilabi yolla dəyişmək qeyri-mümkündür. Təkcə Bakının təhsil müəssisələrində 40 minə yaxın müəllim çalışır. Ölkədə müəllim ordusu 200 minə yaxındır. Əlbəttə ki, müəllimlər arasında təsadüfü adamlar da var. Tutaq ki, Tibb Universitetinə sənəd verənlərin bir çoxu aşağı bal toplayırlar, gəlib Pedaqoji Universitetin kimya, biologiya, fizika, yaxud Bakı Dövlət Universitetinin analoji fakültələrində təhsil alırlar. Həkim olmaq istəyən az bal toplayıb, indi kimya müəllimidir. Kimya müəllimi gərək öz funksiyasını bilsin və müəllim kimi öz peşəsini sevsin. Bəli, üzərində işləməyən müəllimlər var. Hətta müəllim kimi geyinməyən müəllimlərimiz də var. Amma indi o çoxsaylı müəllim ordusu içərisində həqiqətən əlini öpməyə, qarşısında baş əyməyə layiq olan müəllimlərimiz var...».
XS
SM
MD
LG