Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:00

«Biz demirik ki, müdirini döy, ancaq sözün varsa, söylə»


Sizin həmişə seçiminiz var: iş yoxsa sağlamlıq
Sizin həmişə seçiminiz var: iş yoxsa sağlamlıq
2002-ci ildə İrlandiya futbolçusu Roy Kin komandadakı məşqləri tənqid eləyən müsahibə verirdi. Bunu eşidən məşqçi Mak Karti gəlib düz oyunçunun qabağında dayananda Roy gözünü yumub, ağzını açdı: «Mən səni futbolçu saymıram. Mən səni menecer də saymıram. Mən səni heç adam hesab eləmirəm. Sən...(bunun dalınca Azərbaycan dilində tərcüməsi çətin olan söyüş gedir).

Britaniyanın «İndependent» qəzeti bu məşhur davanı ona görə xatırlayır ki, həkimlərin son araşdırmasına görə, kimin ki, işdə narazılığı var və sözünü demirsə, onlarda ürək tutmaları sözünü deyənlərdən iki dəfə çox olur.

İsveç alimlərinin gəldiyi nəticəyə görə, sözlə ifadə olunmayan qəzəb sağlamlığı korroziya kimi yeyir. Özü də bu həm qadınlara aiddir, həm də kişilərə.

Stokholm Universitetinin tədqiqatçıları 1990-cı ildən 2003-cü ilə kimi 2755 kişi işçinin sağlamlığına göz qoyublar (qadınlar ürək xəstəliyindən daha az əziyyət çəkdiklərinə, daha doğrusu, bu xəstəlikdən az öldüklərinə görə, statistika yalnız kişi işçilər arasında aparılıb).

Onların qan təzyiqləri, qanlarında xolestrolun miqdarı və s. ölçülməklə yanaşı münaqişəyə necə reaksiya vermələri, davadan qaçmaları yoxsa konfliktə getmələri öyrənilib.

Stokholm Universitetindəki Stress Tədqiqatları İnstitutundan Constanze Leineveber deyir: «Biz demirik ki, müdirinizi döyün. Ancaq sizinlə haqsızlıq edildiyini düşünəndə bossla mütləq danışın».

Sizin həmişə seçiminiz var: iş yoxsa sağlamlıq. Yoxsa seçim yoxdur?
XS
SM
MD
LG