Bu gün Həcc ziyarəti başlayır. İslamın 5 əsas sütunundan biri olan bu ziyarətdə iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən Məkkəyə təxminən 2.5 milyon zəvvar gəlib.
Bu rəqəm ötən ilkinə nisbətən azdır. Zəvvarların azalmasına səbəb donuz qripinə yoluxmaq təhlükəsi ilə bağlıdır.
Səudiyyə hökuməti lazımi qədər dərman vasitələrinin və tibbi heyətin ayrılması üçün tədbirlər görüb. Zəvvarları hərarət müayinəsindən keçirən skanerlər quraşdırılıb.
Məkkə və Mədinə şəhərlərində asayişin təmin olunması üçün 100 mindən çox polis və təhlükəsizlik qüvvəsi cəlb olunub.
Bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edir.