Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

ABŞ Orta Asiya ölkələrində dəyişikliklər istəsə də dəyərlərini zorla yeritmək istəmir


Birləşmiş Ştatlar Orta Asiyadakı 5 respublikada demokratik dəyişikliklərin olmasını istəsə də, öz dəyər və institutlarını zorla yeritməyə səy göstərmir. Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini, səfir Corc Krol “Azadlıq” radiosuna müsahibəsində deyib.

Krol deyib ki, əvəzindəsə ABŞ bu regionun əsas dövlətləri olan Qazaxıstan və Özbəkistana onların hökumətlərinin suverenliyinə hörmət çərçivəsində dialoq təklif edir.

Özbəkistan və Türkmənistan səfərlərindən yenicə qayıtmış Krol müsahibəsində ABŞ-ın həmin regiondakı enerji siyasətindən də danışıb.

XS
SM
MD
LG