Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:39

Berluskoni gələn həftə Belorusa gəlir


Son illərdə ilk dəfə olaraq Qərb dövlətinin rəhbəri Belorusa rəsmi səfər edəcək. İtaliya Baş naziri Silvio Berluskoni gələn həftə Minskə səfəri planlaşdırılır. İtaliyanın Belorusdakı səfirliyi bu məlumatı yayıb.

1994-cü ildə Lukaşenka hakimiyyətə gələndən sonra Qərb dövlətləri və Belorus arasında münaibətlər kəskin pisləşmişdi. İnsan haqları və demokratiyanı boğduğuna görə Belorus rəsmiləri bir sıra sanksiyalarla da üzləşiblər. Bu ayın əvvəlində həmin sanksiyaların müddəti yenidən uzadılıb, amma Avropa Birliyi rəsmiləri sanksiyaların icrasında fasilə verib.
XS
SM
MD
LG