“Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun səhhəti kəskin pisləşib. Bu barədə onun qohumları məlumat verib. Jurnalistlərin yaxınları iddia edirlər ki, vərəm xəstəsi olan Müşfiq Hüseynov son günlərdə kəskin şəkildə arıqlamağa və zəifləməyə başlayıb. Müalicəsi isə nəticə vermir.
Penitensiar Xidmətin mətbuat xidmətindən Turan agentliyinə Hüseynovun səhhətində problemlər olduğunu təsdiq ediblər. “Eyni zamanda vərəmli məhkumlar üçün ixtisaslaşmış müalicə müəssisəsində həkim nəzarəti altında intensiv müalicə həyata keçirilir”, deyə Penitensiar Xidmətin nümayəndəsi bildirib.
Müşfiq Hüseynov 2008-ci il yanvarın 21-də CM-in 311.1-ci (rüşvət alma) maddəsi ilə həbs edilib. Elə həmin il aprelin 4-də Apellyasiya Məhkəməsi cəza müddətini 1 il azaldıb.