Britaniyanın İraq müharibəsində iştirakı ilə bağlı rəsmi araşdırma başlanıb. Araşdırma zamanı xarici və müdafiə nazirliklərinin keçmiş rəsmiləri, o cümlədən baş nazir Toni Bleyr 5 üzvdən ibarət araşdırma komitəsinin dinləmələrində ifadə verəcək.
2003-cü ildə Bleyr Səddam Hüseyni devirmək üçün İraqa 45 minlik qoşun göndərmişdi. Britaniyanın İraqı əməliyyatı rəsmən bu ilin aprelində başa çatıb. Həmin əməliyyatda 179 nəfər hərbçi həlak olub.