Estoniyada donuz qripindən ilk ölüm halı qeydə alınıb. Ötən cümə xəstələnən 13 yaşlı oğlan dünən xəstəxanada keçinib. Estoniyada may ayından 269 nəfər donuz qripinə yoluxub. Onların da çoxu 10-19 yaşlı uşaqlardır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, A H1N1 virusu indiyədək dünyada 6750 nəfərin ölümünə səbəb olub. Onların çoxu amerikalılardır.