Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 20:58

Barak Obama məhdud çərçivədə toplantı keçirib


Amerika prezidenti Barak Obama Əfqanıstana əlavə qoşun göndərib-göndərməmək məsələsini müzakirə etmək üçün məhdud çərçivədə toplantı keçirib. Toplantıda vitse-prezident Bayden, dövlət katibi Klinton, müdafiə naziri Geyts və başqa rəsmilər iştirak ediblər. Görüşdən sonra heç bir rəsmi açıqlama verilməyib.

Ağ Evin sözçüsü Robert Qibbs deyib ki, Əfqanıstana əlavə qoşun göndərilib-göndərilməyəcəyi barədə qərar gələn həftənin əvvəli veriləcək.

XS
SM
MD
LG