Bu gün Rusiyanın Ulyanovsk şəhərində Rusiya prezidenti Dmitri Medvedyevlə Azərbaycan prezidenti İlham Əliyevin görüşəcək. Görüşdə əsasən enerji sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirə ediləcəyi bildirilir.
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Rusiya Azərbaycanın təbii qazının çox hissəsini satın almaq istəyir.
Səfər çərçivəsində İlham Əliyev Heydər Əliyevin adının verildiyi meydanın açılışında da iştirak edəcək.