Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 14:17

ABŞ müdafiə nazirinin müşaviri Azərbaycan rəsmiləri ilə görüşüb


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müşaviri xanım Selest Vallanderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, habelə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də amerikalı qonağı qəbul edib. Eləcə də Böyük Britaniyanın Lordlar Palatasının üzvü lord Con Viskont Veyverlini.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ayrı-ayrılıqda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri S.Əbiyev Ermənistanın münaqişənin dinc şəkildə həll edilməsinə maneçilik törətmək üçün bilərəkdən danışıqlar prosesini uzatmasını qonaqların diqqətinə çatdırıb.

Hər iki qonaq Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib.
XS
SM
MD
LG