Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Rumıniyada prezident seçkisinin ilkin rəsmi nəticəsi açıqlanıb


Rumıniyada prezident seçkisinin ilkin rəsmi nəticəsi artıq məlumdur. Səsvermənin ikinci turuna hazırki dövlət başçısı Troyan Basesku və Sosial Demokrat Partiyasından olan Mirçi Coane keçə bilib.

Bülletenlərin təxminən 50 faizinin sayılmasından sonra məlum olub ki, Troyan Basesku səslərin 33 faizini, rəqibi Coane isə 29 faizini toplaya bilib.

Səsvermənin ikinci turu dekabrın 6-da baş tutacaq. Prezident seçkisi ölkəyə siyasi böhrandan çıxmaqda yardım etməlidir. Rumıniya hökuməti ötən ay istefaya göndərilib.
XS
SM
MD
LG