Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

Özbəkstanda 517 namizəd qeydiyyatdan keçib


Özbəkstanın Mərkəzi Seçki Komissiyası dekabrın 27-i parlamentin aşağı palatasına keçiriləcək seçkilərə görə 517 namizədi qeydə alıb. Bu barədə ölkənin rəsmi mediası məlumat yayıb. Özbəkstan qanunlarına görə bütün namizədlər qeydiyyatı olan dörd siyasi partiyadan olmalıdırlar. MSK-nın məlumatına görə, qanuna uyğun olaraq namizədlərin 31,9 faizi qadınlardır.

Özbəkstan parlamentinin aşağı palatasında 150 yer var. Onun 135-i seçki nəticəsində müəyyənləşir, qalan 15 yer isə Özbəkstanın Ekoloji Hərəkatına məxsusdur.

Namizədlərin siyahısı bu həftə rəsmi qəzetlərdə dərc olunmalıdır.
XS
SM
MD
LG