Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

Rumıniyada prezident seçkisində Troyan Basesku irəlidədir


Rumıniyada şənbə günü keçirilən prezident seçkisində «exit poll»un nəticəsinə görə, hazırkı prezident Troyan Basesku seçkinin birinci turunda az fərqlə irəlidədir. Liberal Demokrat partiyasından olan Troyan Basesku səslərin 33-34 faizini toplaya bilib. Rəqibi - Sosial Demokrat Partiyasından olan Mirçi Coane isə səslərin 31-32 faizini toplayıb. Səsvermənin ikinci turu dekabrın 6-da olacaq.

Hazırda Rumıniya prezidentinin kabineti simvolik hesab olunur. Seçki nəticəsində seçiləcək prezident baş naziri təyin edəcək, baş nazir isə yeni hökuməti təşkil edəcək.
XS
SM
MD
LG