Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

İraqda seçki qanununun müzakirəsi sabaha keçirilib


İraq parlamenti seçki haqqında qanunun müzakirəsini sabaha keçirib.

Yeni qanuna veta qoymuş vitse-prezident Tarik al Haşemi parlamentdə xaricdə yaşayan iraqlılar üçün daha çox yer ayrılmasını tələb edir.

Haşemi İraqdakı sünni icmasını təmsil edir, xaricdə yaşayan iraqlıların əksəriyyəti də elə sünnidir.

Parlament ya qanunda düzəliş etməli , ya da onu prezident şurasına qaytarmalıdır.

Parlament ikinci vetonun qarşısını yalız 2/3 səs çoxluğuyla ala bilər.
XS
SM
MD
LG