Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:27

Ombudsman haqda qanun yenidən səsverməyə çıxacaq


Milli Məclis noyabrın 25-də 2010-cu il dövlət büdcəsinin təsdiqinə baxacaq. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn «Media forum» saytına bildirib ki, parlamentin növbəti iclasları həmin gün və dekabrın 4-də keçiriləcək.

Deputatın sözlərinə görə, iclasların gündəliyinə 30-a yaxın məsələ daxil edilib.
Gündəlikdə ilk məsələ dövlət büdcəsi ilə bağlı səsvermənin keçirilməsidir: «Artıq büdcə ilə bağlı müzakirələr başa çatıb. Noyabrın 25-də yalnız səsvermə olacaq».

P. Hüseyn deyib ki, gündəliyə eyni şəxsin iki dəfədən artıq ombudsman seçilməsinə imkan verən «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» konstitusiya qanununa dəyişikliyin ikinci səsverməsi də salınıb.

Milli Məclis mayın 26-da qanuna dəyişiklik edib və bir nəfərin yalnız bir dəfə ombudsman seçilməsi norması «eyni şəxs iki dəfədən artıq seçilə bilməz» variantına dəyişdirilib. Qanuna ombudsmanın səlahiyyət müddətini müəyyənləşdirən yeni maddə də əlavə olunub. Həmin maddəyə görə, səlahiyyət müddəti bitmiş müvəkkil onun yerinə yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirir.

Konstitusiya qanunları və ona dəyişikliklər iki səsvermədə qəbul olunur. İkinci səsvermə birincidən altı aydan sonra keçirilir.
XS
SM
MD
LG