Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümüdür
YAP-ın sədr müavini Əli Əhmədov partiyanın üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirdiyini bildirib. Bu barədə məlumat YAP-ın rəsmi internet səhifəsində yerləşdirilib.
Ə. Əhmədov deyib ki, «yarandığı gündən indiyədək YAP ilk ayları çıxmaq şərtilə hakimiyyətdədir, iqtidar partiyası kimi fəaliyyət göstərir. Bütün bu illər ərzində YAP-ın bütövlükdə həyatı, taleyi inkişaf, tərəqqi və yüksəliş ifadələri ilə səciyyələnir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının həm Heydər Əliyevdən, həm də onun yaratdığı partiyadan gözləntiləri Azərbaycanı total böhrandan çıxarmaq idi. İnsanlar partiyadan da, Heydər Əliyevdən də bunu gözləyirdilər. YAP bu vəzifənin öhdəsindən layiqincə gəldi».
Partiya rəsmisi bildirib ki, növbəti mərhələdə vətəndaşların Heydər Əliyevdən və partiyadan gözləntilərinin istiqaməti müəyyən qədər dəyişdi: «İndi insanlar iqtisadiyyatın dirçəlməsi və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsini istəyirdilər. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu məqsədlərə də nail olundu».
YAP-ın təsis qurultayı 1992-ci il noyabrın 21-də Naxçıvan MR-da keçirilib, Heydər Əliyev partiyanın sədri seçilib. Hazırda partiyanın sədri İlham Əliyevdir.