Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:01

İ. Əliyev Ermənistanla danışıqların dayana biləcəyini deyir


Prezidentlərin sonuncu görüşü, Kişinyovda, 8 oktyabr 2009-ci ildə olub
Prezidentlərin sonuncu görüşü, Kişinyovda, 8 oktyabr 2009-ci ildə olub
Iki gün sonra ermənistanlı həmkarı ilə görüşəcək Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu müzakirəyə böyük ümidlər var. Amma əgər bu dəfə də danışıqlar nəticə verməsə, Azərbaycan müzakirələri dayandıra bilər:

PREZİDENT TARİXİ YADA SALIR

- Danışıqlarda Ermənistan ciddi addımlar atmalıdır. Onlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik? Heç bir güzəştə getməyəcəyik! Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir!

Beynəlxalq təşkilatların qərarları, BMT-nin nizamnaməsi belə bizə hərbi yolla öz torpaqlarımızı işğalçılardan azad etməyə imkan verir.
Öz torpaqlarımızı! Biz başqa ölkələrin ərazi bütövlüyünə müdaxilə etmək istəmirik.


Noyabrın 20-də Goranboyda qaçqınlarla görüşündə İlham Əliyev qeyd edib ki, indiki Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. İndi yenə Azərbaycanın ərazisi hesabına ikinci erməni dövləti yaradıla bilməz.

QARABAĞ PROBLEMİNİN HƏLLİ YOLUNU BELƏ TƏSVİR ETDİ

Ilham Əliyev deyir ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacaq. Onun çıxışı zamanı Qarabağ münaqişəsinin həlli yolu bu cür təsvir olunub:

- Birinci mərhələ, bütün işğal olunan rayonlar azad edilir, qaçqınlar evlərinə dönür.

İkinci mərhələ, qaçqınlar Şuşaya və Dağlqı Qarabağa qayıdırlar.

Üçüncü və sonuncu mərhələ, Qarabağın stastusu məhz Azərbaycanın dediyi kimi həll olunur.

MÜZAKİRƏLƏRİ DAYANDIRMAQ HƏDƏSİ

İlham Əliyev həmçinin bildirib ki, Ermənistan prezidenti ilə məhz bu mövqeni müdafiə etməyə gedir. Əgər hiss etsə ki, qarşı tərəf yalnız görüntü xatirinə danışıq aparır, müzakirələri dayandıracaq.

Azərbaycanın prezidenti vurğulayıb ki, ən sonda Qarabağa yalnız məhz Azərbaycanın daxilində muxtariyyət verilə bilər.

İ.ƏLİYEV: "MƏN DƏ DEYİRƏM, GƏLİN BİZ SİZİN TORPAQLARINİZI ZƏBT EDƏK, ONDAN SONRA ƏMƏKDAŞLIQ EDƏRİK"

Azərbaycan prezidenti indiki nə hərb, nə sülh vəziyyəti ilə barışmadığını da söyləyib:

- Bu status-kvo bizi qane edə bilməz. Nə vaxta qədər danışıqlar aparmaq olar? Daha 15 il gözləyək? Bu, olmayacaq!
Məsələdən xəbəri olmayan bəzi beynəlxalq dairələr də bizə deyirlər ki, Ermənistanla əməkdaşlıq edin, Azərbaycan niyə əməkdaşlıq etmək istəmir.

Mən də deyirəm ki, gəlin, biz sizin torpaqlarınızı zəbt edək, ondan sonra əməkdaşlıq edərik. Necə əməkdaşlıq ola bilər? Bir ölkə o biri ölkənin torpağını zəbt edib, insanları evsiz-eşiksiz qoyub. Etnik təmizləmə siyasəti aparıb, sonra da deyir ki, gəl, əməkdaşlıq edək. Bu, mümkün deyil!


Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-də Almaniyada – Münhen şəhərində Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
Bundan sonra isə İlham Əliyevin Moskvaya səfəri nəzərdə tutulur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG