Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Bir milyard uşağa kömək lazımdır


BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulundan 20 il keçir. Təşkilat dünyada yeməyə, içməli suya və tibbi yardıma ehtiyacı olan bir milyard uşağa yardım etməyə çağırır.

BMT bildirir ki, bundan yüz milyonlarla uşaq da zorakılıq təhlükəsi altına yaşayır və onların da köməyə ehtiyacları var.

BMT-nin Baş Assmbleyası Uşaq Hüquqları Konvensiyasını 1989-cu ildə qəbul edib. Sənədi dünyanın 193 ölkəsi təsdiq edib.

BMT-nin Uşaq Fondu UNİCEF bildirir ki, Konvensiyanın qəbulundan sonra uşaq qətllərinin sayı kəskin azalıb və indi daha çox uşaq məktəbə göndərilir.
XS
SM
MD
LG