Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:55

YAP-çı deputat bələdiyyəyə namizədlərə təzyiqlərdən danışdı


Əhəd Abıyev: «İqtisadi gücə malik olan, mətbuatın oliqarx adlandırdığı adamlar inzibati idarəetməyə təsir edirlər»
«Əgər prezident İlham Əliyev bilsəydi ki, yerlərdə sahibkarlara, bələdiyyələrə namizədliklərini vermiş şəxslərə qarşı təzyiqlər belə yüksək səviyyədədir elə bilirəm dərhal bu barədə araşdırma aparılardı». Bunu hakim Yeni Azərbaycan Partiyasından olan deputat Əhəd Abıyev noyabrın 20-də parlamentdə jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Masallı rayonunda iş adamı Çingiz Haşımov və oğlu həbs ediliblər. Deputat deyir ki, sahibkar da, oğlu da bələdiyyəyə namizədliklərini veriblər.

«Onların hər ikisi barədə cinayət işi açılıb, guya xuliqanlıq ediblər. Zərərçəkmiş kimi tanınan şəxs özü rəsmi şəkildə prokurorluğa, polisə və məhkəməyə müraciət edərək Çingiz Haşımov tərəfindən döyülmədiyini bildirib».

Əhəd Abıyev hesab edir ki, həbs sifarişlidir: «İqtisadi gücə malik olan, mətbuatın oliqarx adlandırdığı adamlar inzibati idarəetməyə təsir edirlər və yerlərdə belə hadisələr baş verir».

YAP-çı deputat deyir ki, ona bu barədə Çingiz Haşımovun qohumları, namizədliyini verdiyi dairədən olan seçicilər müraciət ediblər: «Bilmirəm bunlar niyə qorxuya düşüblər. O nə xüsusi nüfuzu, hörməti olan adamdı, nə də mafiozdur, sadəcə yerli bazarın müdiridir».

Deputat daha sonra deyib: «Bu gün bələdiyyələrə ədalətli və şəffaf seçkilər keçirilməlidir. Buna beynəlxalq təşkilatlar da baxır, ölkənin imici məsələsi var. Bunu məhəllədə tayfa davasına, qarşıdurmaya çevirmək olmaz. Nə olsun namizədliyini verib – xalq istəsə səs verəcək, istəməsə səs verməyəcək. Daha qorxuya düşüb namizədi həbs etmək nəyə lazımdı?»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG