Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

Avropa Birliyi ilk prezidentini seçdi


Avropa Birliyi özünün ilk prezidentini seçib. Bu, Belçikanın baş naziri Herman Van Rompeydir. Avropa İttifaqının ticarət üzrə komissarı Katrin Aşton isə blokun xarici işlər naziri vəzifəsinə uyğun gələn xarici siyasət məsələləri üzrə rəhbər vəzifəsinə seçilib.

Birliyin ən ali vəzifələri sayılan bu iki post dekabrın 1-də qüvvəyə minəcək Lissabon Müqaviləsi ilə yaradılıb. Hər iki şəxs rəsmi fəaliyyətə 2010-cu il yanvarın 1-dən başlayacaq.

XS
SM
MD
LG