Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 08:37

Brüsseldə İranın nüvə proqramı müzakirə olunacaq


Aparıcı dünya ölkələrinin nümayəndələri Brüsseldə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

Böyük Britaniya, Fransa , Rusiya, ABŞ, Çin və Almaniyadan olan diplomatlar Brüsselə yığışırlar.

İran uran zənginləşdirilməsiylə bağlı BMT-nin təklifini qəbul etməyib.

Bu təklifdə İranın nüvə proqramı üçün zənginləşdirilmiş uranın ölkə daxilində yox, xaricdə istehsal olunması nəzərdə tutulurdu.

ABŞ prezidenti Barak Obama deyib ki, İranın bu təklifi rədd etməsi cavab tədbirlərinə səbəb ola bilər.
XS
SM
MD
LG